Cümə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın Bakıdakı səfiri Mekan İşanquliyevi ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə XİN-dən məlumat verilib.
“Görüşdə İşanquliyev Bakı və Aşqabad arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat və tranzit kimi istiqamətlərdə əməkdaşlığın daha da inkişafı üçün potensialın olduğunu bildirib”, - məlumatda deyilir.
Həmçinin, görüş zamanı ikitərəfli əməkdaşlıq gündəliyi, regional sülh quruculuğu səyləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.**
E.Şəfiyev