Azərbaycanda koronavirus infeksiyasına 155 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 794,247 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 174 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9 723 nəfər təşkil edir.
Virusa yoluxmuş 783,874 min nəfər (sutka ərzində +43) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 650 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 410 (ötən gün 2 911 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 996,835 min test aparılıb.**
X.Nəsirzadə