Azərbaycan prezidenti İlham Əliyev məlumat verib ki, şənbə günü, iyulun 16-da Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş baş tutacaq.
«Sabah Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər.Bu, nazirlər arasında ilk görüş olacaq və biz ümid edirik ki, görüşün nəticələri olacaq. (...) Ancaq artıq müzakirə olunan məsələlər masa üzərindədir”, - Əliyev cümə günü 2022-ci ilin birinci yarısının yekunlarına həsr olunan müşavirədə bildirib.
Prezident vurğulayıb ki, Azərbaycan sülh müqaviləsinin hazırlanması üçün işçi qrupunu formalaşdırıb.“Ermənistan tərəfdən hələ ki, belə bir addım atılmayıb. Hesab edirəm ki, bu, yaxşı nəticə ola bilər və digər məsələlər müzakirə oluna bilər”, - Əliyev əlavə edib. **
R.Əhmədov