Yaxın günlərdə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji təhlükəsizliyi sahəsində sənəd imzalanacaq. Bu barədə Azərbayan prezidenti İlham Əliyev bəyan edib.
“Yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd - enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq və bizim əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaq”, - Əliyev cümə günü 2022-ci ilin birinci yarısının yekunlarına həsr olunan müşavirədə bildirib.
Azərbaycan prezidenti Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel iləçoxsaylı görüşləri və telefon söhbətləri barədə xatırladaraq qeyd edib ki, müzakirələrin əsas mövzusu Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması olub.
“Ancaq, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparılır. Bu il Avropa İttifaqı ilə fəal əməkdaşlıq aparılmışdır. Bildiyiniz kimi, biz yeni saziş üzərində işləyirik (strateji tərəfdaşlıq haqqında - İF) . Sazişin böyük hissəsi razılaşdırılıb və razılaşdırılmamış məsələlər də müzakirə olunur. Ümid edirəm ki, yaxın gələcəkdə bütün məsələlər razılaşdırılacaq”, - o bildirib. **