2022-ci ilin birinci yarısında Azərbaycanın ÜDM-i 6,2% artıb. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Birinci yarımillikdə Azərbaycanda iqtisadiyyat 6,2%, qeyri-neft iqtisadiyyatı 9,6%, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1%, qeyri-neft sənaye sahəsində 11,5% artıb. Çox yaxşı nəticələrdir», - Əliyev cümə günü 2022-ci ilin birinci yarısının yekunlarına həsr olunan müşavirədə bildirib.
Onun sözlərinə görə, nominal pul gəlirləri 20% artıb. “Düzdür, inflyasiya bu artımın bir hissəsini, necə deyərlər, yeyir. İnflyasiya 12%-dən bir qədər çoxdur. Amma bu, dünyada ümumi tendensiyadır”, - prezident qeyd edib.
Əliyev əavə edib ki, yanvar-iyun aylarının yekunları üzrə xarici ticarət balansının müsbət saldosu $12,1 milyard təşkil edib. Həmçinin, ixrac 2 dəfədən çox, qeyri-neft ixracı – 25%-dən çox artıb.
“2022-ci il iyulun 1-də xarici borc ÜDM-in 10,7%-ni təşkil edir. Keçən il iyulun 1-də xarici dövlət borcumuz ÜDM-in 16,6%-ni təşkil edirdi. Yəni biz qoyduğum vəzifəyə - xarici borcumuzun ÜDM-in 10%dək azalmasına yaxınlaşırıq”, - prezident vurğulayıb.
2021-ci ildə Azərbaycanın ÜDM-i 5,6% artıb. **
R.Əhmədov