Azərbaycan prezidenti İlham Əliyev məlumat verib ki, avqust ayında QazaxıstanprezidentiKasım-Jomart TokayevAzərbaycana səfər edəcək.
“Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan hər zaman fəallıq göstərmişdir və həm təşkilat çərçivəsində, həm üzv ölkələr arasında təmaslar genişlənir. Bu il mənim Türkiyə prezidenti ilə üç görüşüm olub. Bu ilin aprel ayında Qırğızıstan prezidenti Azərbaycana səfər edib və görüş keçirilib. Eyni zamanda, iyun ayında mənim Özbəkistana və Türkmənistana səfərlərim olub, Özbəkistan və Türkmənistanın dövlət başçıları ilə, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri ilə görüşlərim olub. Gələn ay Qazaxıstan prezidentinin Azərbaycana səfəri gözlənilir”, - Əliyev cümə günü 2022-ci ilin birinci yarısının yekunlarına həsr olunan müşavirədə bildirib.
Onun sözlərinə görə, “əlbəttə, türk dövlətləri ilə əlaqələrimiz bizim üçün prioritet məsələlərdən biridir və həm siyasi dəstək qarşılıqlı surətdə ifadə olunur, önəmli layihələr üzərində müzakirələr aparılır - həm ikitərəfli, həm çox tərəfli formatda”. “Nəqliyyat, energetika, digər sahələr üzrə fəal əməkdaşlıq aparılır”, - Əliyev əlavə edib. **
E.Şəfiyev