Rəsmi Bakı yüksək texnoloji imkanları olan silahlar alacaq. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır və alınacaq. Biz ordu quruculuğu sahəsində öz işlərimizi davam etdiririk”, - Əliyev cümə günü 2022-ci ilin birinci yarısının yekunlarına həsr olunan müşavirədə bildirib.
Prezident qeyd edib ki, cari il dövlət büdcəsində nəzərdə tutulmuş hərbi xərclər artırılacaq, artım yüksək texnoloji imkanları olan silahların alınmasına xərclənəcək.
Prezidentin sözlərinə görə, “ən müasir hərbi texnika və silahların almalıyıq ki, öz hüququmuzu istənilən yolla təmin edək”. **
X.Nəsirzadə