Cümə günü Mərkəzi Kəşfiyyat İdarəsinin(MKİ) direktoruUilyam Berns İrəvanda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
TŞ-nin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Ermənistan və ABŞ arasında münasibətlərin gələcək inkişafı məsələləri müzakirə olunub.
“Ermənistan TŞ-nin katibi bölgədə təhlüksizlik mühiti barədə söz açıb, mövcud çağırışları və Ermənistanın regiomnda sülhün bərqərar olması ilə bağlı yanaşmalarını təqdim edib”, - TŞ-dən qeyd ediblər.
Həmçinin, məlumat verilib ki, bu kontekstdə Berns və Qriqoryan Ermənistan və Azərbaycan, Ermənistan və Türkiyə arasında danışıqlar proseslərini müzakirə ediblər. **