Azərbaycan prezdenti İlham Əliyev bəyan edib ki, hökumət dünya iqtisadiyyatında mükmün resessiyanı nəzərə alaraq 2023-cü il dövlət büdcəsində neftin qiymətini düzgün hesablamalıdır.
“İndi çox böyük ehtimallar var ki, dünya iqtisadiyyatı tənəzzülə uğrayacaq. Yəni, resessiya haqqında mötəbər beynəlxalq qurumları, maliyyə qurumları artıq bir qaçılmaz fakt kimi danışırlar. Biz də buna hazır olmalıyıq.Buna görə gələn il üçün dövlət büdcəsində neftin qiymətini düzgün hesablamaq lazımdır. Biz hələ bu barədə danışacağıq, vaxt hələ var. Lakin, əlbəttə ki, dünyada baş verən prosesləri izləmək lazımdır, çünki Azərbaycan dünya iqtisadiyyatının bir hissəsidir”, - Əliyev cümə günü cari ilin ilk yarımilliyinin yekunlarına həsr olunan müşavirədə bildirib.
Eyni zamanda, dövlət başçısı bəyan edib ki, gələn ilə planlaşdırılmış işlər ölkəmizi “daha da gücləndirəcək”.
“Əminəm ki, gələn il görəcəyimiz işlər ölkəmizi daha da gücləndirəcək. Biz arzu edirik ki, ölkəmiz daha da güclü olsun, xalqımız isə daha yaxşı yaşasın”, - prezident əlavə edib.
Azərbaycanın 2022-ci il dövlət büdcəsində ilkin olaraq neftin bir barel qiyməti $50 hesablanmışdı. İyun ayında hökumət dövlət büdcəsinə dəyişiklikləri qəbul edib, nəticədə dövlət büdcəsində bir barel neftin baza qiyməti $70-dək artırılıb. Həmçinin, 2022-ci ildə Azərbaycan neftinin ixrac qiyməti bir barel üçün $85 hesablanıb. **
E.Şəfiyev