Azərbaycanın "N" hərbi hissəsində hərbi vəzifəlilərin təlim toplanışında şərti düşmənin kəşfiyyat-diversiya qrupları zərərsizləşdirilib. Bu barədə şənbə günü Müdafiə Nazirliyi məlumat verib.
“Hərbi vəzifəlilər ssenariyə uyğun olaraq şərti düşmənin kəşfiyyat-diversiya qruplarının zərərsizləşdirilməsi üzrə döyüş tapşırıqlarını yerinə yetiriblər”, - məlumatda deyilir.
MN-dən bildirilib ki, müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim toplanışları iyulun 23-dək davam edəcək. **
R.Kərimov