Gürcüstanın baş naziri İrakli Qaribaşvilişənbə günü Tbilisidə Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün keçirilməsini alqışlayır.
Gürcüstanın baş nazirinin mətbuat xidmətinin məlumatına görə, Qaribaşvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüş zamanı Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün müvəffəqiyyətlə keçiriləcəyinə və bunun dialoqun müsbət dinamikasına imkan yaradacağına ümidvar olduğunu bildirib.
Məlumata əsasən, Qaribaşvili və Bayramov bu dialoq platformasının regional münasibətlərin normallaşmasına şərait yaradacağına ümidvar olduqlarını ifadə ediblər. **
Şənbə günü Qaribaşvili həmçinin Ermənistan XİN başçısı Ararat Mirzoyanla görüşüb.
Öz növbısində, Gürcüstan XİN başçısı İlya Darçiaşvili Twitter hesabında yazıb ki, regionda sülh və sabitliyin təşkili üzrə birgə səylər mütləq nəticə verəcək. **