Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib ki, cümə günü Bakıda Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə keçirilən görüşdə regionda vəziyyət, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üzrə addımlar və tərəflərin üzərinə götürdükləri öhdəliklərin icrası müzakirə olunub.
“Toivo Klaar ilə görüşdə mövcud regional vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, o cümlədən tərəflərin öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı məsələlər ətrafında maraqlı fikir mübadiləsi aparılıb”, - Bayramov Twitter hesabında yazıb.
Öncə dünən Azərbaycana səfər edən Klaar Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və baş nazirin müavini Şahin Mustafayevlə keçirdiyi görüşləri “çox yaxşı” adlandırıb. **
R.Kərimov