Azərbaycanda koronavirus infeksiyasına 151 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 794 min 398-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 155 yoluxma faktı qeydə alınmışdı.
Gün ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb (dünən bir nəfər vəfat edib).
Ölənlərin ümumi sayı 9 min 723 nəfər təşkil edir.
Virusa yoluxmuş 783 min 961 nəfər (sutka ərzində +87) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 714 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 487 (ötən gün 2 min 410 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 999 min 322 test aparılıb.**
R.Kərimov