Azərbaycanın paytaxtı Bakı şəhəri 2023-cü ildə Bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Bu barədə şənbə günü Avropa Gimnastikası Twitter hesabında məlumat verib.
“2023-cü il Bədii gimnastika üzrə Avropa çempionatı Bakı şəhərinə keçirilib!”, - tvitdə qeyd edilir.
Məlumatda yarışların mayın 17-dən 21-dək keçiriləcəyi dəqiqləşdirilir.
Bədii gimnastika üzrə Avropa çempionatları artıq 2007-ci, 2009-cu, 2014-cü və 2019-cu illərdə Bakıda keçirilib.
Daha əvvəl 2023-cü ilin qitə birinciliyinin Moskva şəhərində keçirilməsi nəzərdə tutulurdu, lakin Ukraynada vəziyyətlə əlaqədar yarışlar digər şəhərə keçirilib. **
R.Kərimov