2022-ci ilin yanvar-iyun aylarında Azərbaycana $460 milyon 889,58 min dəyərində (artım 15,9%) 35173 ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
İdxal olunan avtomobillərin sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,3% azalıb.
Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $347 milyon 363,76 min dəyərində (artım 0,6%) 32382 ədəd avtomobil (azalma 11,9%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Həmçinin $4 milyon 348,58 min dəyərində 153 ədəd elektrokar və $60 milyon 237,77 min dəyərində 6218 ədəd hibrid avtomobil gətirilib.
Bundan başqa, ölkəyə yük daşımaları üçün nəzərdə tutulmuş $48 milyon 417,64 min dəyərində (artım 18,2%) 2306 ədəd motorlu nəqliyyat vasitəsi (azalma 17,5%), o cümlədən $19 milyon 567,43 min dəyərində 162 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (artım 3,4 dəfə) gətirilib.
Respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $45 milyon 540,75 min dəyərində 323 ədəd motorlu nəqliyyat vasitəsi (artım 5,4 dəfə) gətirilib.
2021-ci ildə Azərbaycana $935 milyon 225,33 min dəyərində 91,194 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib.*
B.Rüstəmbəyov