2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 16 milyon 474,2 min ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 4,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bundan əlavə, 16 milyon 424,6 min ton əmtəəlik neft (kondensatla birlikdə) hasil edilib, azalma 4,2% olub.
2022-ci ilin 6 ayı ərzində Azərbaycanda 23 milyard 416,1 milyon kubmetr qaz (artım 15%), 17 milyard 619,1 milyon kubmetr əmtəəlik qaz (artım 17,5%) hasil edilib.
2021-ci ildə Azərbaycanda 34 milyon 580,7 min ton neft (qaz kondensatı ilə birlikdə, artım 0,1%), 43 milyard 863,5 milyon kubmetr qaz (artım 18,1%) hasil edilib.*
N.Abbasova