2022-ci ilin yanvar-iyun aylarında əsas kapitala 6299,6 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,7% çox vəsait yönəldilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 20,7% azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 18,5% artıb.
İstifadə olunmuş vəsaitin 3781,3 milyon manatı və ya 60%-i məhsul istehsalı sahələrinə, 2131,2 milyon manatı (33,8%-i) xidmət sahələrinə, 387,1 milyon manatı (6,2%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Yanvar-iyun aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 606,3 milyon manatını və ya 25,5%-ni xarici, 4 milyard 693,3 milyon manatını və ya 74,5%-ni daxili vəsaitlər təşkil edib.
2021-ci ildə Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitin həcmi 8,2% azalıb.*
B.Rüstəmbəyov