Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2021-2022-ci illərdə paytaxtda və bölgələrdə yerləşən mədəniyyət müəssisələrinin rəhbər vəzifəli şəxslərinin dələduzluq, mənimsəmə və israf etmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətləri törətmələri faktlarına dair 8 cinayət işi başlanılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Törədilmiş qanunazidd əməllər nəticəsində dövlət büdcəsinə vurulmuş 1,87 milyon manat zərərin ödənilməsi təmin edilib.*
E.Şəfiyev