İyulun 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federal Parlamentinin vitse-prezidenti Katrin Görinq-Ekart ilə görüşüb.
“Görüş zamanı ikitərəfli və regional, habelə Ukrayna və onun ətrafında vəziyyət, enerji təhlükəsizliyi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın enerji təhlükəsizliyi, enerji resurslarının Avropaya ixracı və alternativ enerji resurslarının inkişaf etdirilməsi sahəsində həyata keçirdiyi işlər və perspektivlər müzakirə olunub”, - deyə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Daha sonra Azərbaycanla Almaniya arasında humanitar və mədəniyyət sahəsində əməkdaşlıq, habelə digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.*
E.Şəfiyev