Prezident İlham Əliyev bəyan edib ki, Bakı birgə layihələrin həyata keçirilməsi hesabına Avropa İttifaqı (Aİ) ilə ticari əməkdaşlığı genişləndirməyi planlaşdırır.
“Avropa İttifaqı bizim əsas ticari tərəfdaşımızdır. Əminəm ki, gələn illərdə icrasını planlaşdırdığımız layihələr ticari əməkdaşlığımızı genişləndirəcək”, - deyə dövlət başçısı iyulun 18-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşdə bildirib.
Onun sözlərinə görə, enerji sahəsi əməkdaşlığın prioritet istiqamətlərindən biridir.
“Lakin bundan başqa, biz təhsil, daşımalar və bütün digər sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlıyıq. Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə aid hazırda müzakirə etdiyimiz məsələlər potensial əməkdaşlığımızın bütün sahələrini əhatə edir. Əminəm ki, səfəriniz zamanı biz bu və digər məsələləri müzakirə edəcəyik”, - deyə İ.Əliyev qeyd edib.*
R.Əhmədov