Azərbaycanda koronavirus infeksiyasına 68 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 794 min 656-ya çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 190 yoluxma faktı qeydə alınmışdı.
Ardıcıl üç gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 723 nəfər təşkil edir.
Virusa yoluxmuş 784 min 32 nəfər (sutka ərzində +34) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 901 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 840 (ötən gün 2 min 893 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 4 min 415 test aparılıb.*
B.Rüstəmbəyov