Avropa İttifaqı 2024-cü ilə qədər Azərbaycan iqtisadiyyatına 60 milyon avro həcmində sərmayə yatırmaq niyyətindədir. Bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatla çıxışı zamanı deyib.
“Avropa İttifaqı Azərbaycanın ən iri ticarət tərəfdaşı və əsas ixrac bazarıdır. Həmçinin sərmayə qoyuluşu baxımından da Azərbaycan üçün ən vacib mənbələrdən biridir. Biz bunu genişləndirmək istəyirik. Biz 2024-cü ilə qədər 60 milyon avro həcmində Avropa İttifaqı sərmayəsini Azərbaycana yatıracağıq, iqtisadi və sərmayə planı 2 milyard avroya qədər əlavə sərmayənin səfərbər edilməsi potensialına malikdir”, - deyə o bildirib.
AK Prezidenti qeyd edib ki, həmin plan artıq icra olunur və Azərbaycanda təqribən 25 min kiçik və orta şirkətə dəstək verir.*
N.Abbasova