Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu gün Brüsselə işgüzar səfərə yola düşüb.
“Səfər çərçivəsində nazir iyulun 19-da keçiriləcək Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclasında iştirak edəcək”, - deyə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
Səfər çərçivəsində C.Bayramov ikitərəfli görüşlər də keçirəcək.*
N.Abbasova