Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell bəyan edib ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması yalnız birbaşa dialoqla mümkündür.
“Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında Tbilisidə baş tutan görüşü alqışlayırıq. Bu, hərtərəfli həll yolunda mühüm addımdır. Aİ sülhsevər, təhlükəsiz və firavan Cənubi Qafqazı dəstəkləməkdə maraqlıdır. Normallaşmaya, barışığa yalnız birbaşa dialoqla nail olmaq mümkündür”, - deyə o, Twitter hesabında yazıb.*
R.Əhmədov