Bu gün Zəngilan rayonundan olan keçmiş məcburi köçkünlərin Bakıdan doğma yurdlarına qayıdışının ilk mərhələsinə başlanılıb. Bu barədə Azərbaycan prezidentinin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev bəyan edib.
“Bu gün azad edilmiş ərazilərə qayıdış çərçivəsində Zəngilan rayonundan olan keçmiş məcburi köçkünlərin ilk köçürürlməsinin şahidiyik. Bu mərhələdə 41 ailənin (201 nəfər) Zəngilanın Ağalı kəndinə köçürülməsi planlaşdırılır. Bu gün 58 nəfərdən ibarət 10 ailə qayıdacaq. Qalan ailələr növbəti 5 gün ərzində qayıdacaqlar”, - Hacıyev jurnalistlərə bildirib.
O, həmçinin qeyd edib ki, indiyədək Zəngilanın Ağalı kəndindən keçmiş məcburi köçkün olan 1457 nəfərdən 1357 nəfəri artıq doğma yurdarına qayıtmaq arzusu barədə bəyan ediblər.
Xüsusi nümayəndənin sözlərinə görə, hazırda Zəngilan rayonunda intensiv infrastruktur işləri aparılır, dəmir yolu və avtomobil yolları inşa edilir, yaxın zamanda aeroport istifadə üçün hazır olacaq.
O cümlədən, 360 nəfərlik müasir məktəb, 60 yerlik uşaq inşa edilib.
Xüsusi nümayəndə vurğulayıb ki, keçmiş məcburi köçkünlərin sosial müdafiəsi üçün bütün şərait yaradılacaq. **
X.Nəsirzadə