İndiyədək Azərbaycanın vergi orqanları tərəfindən 66,339 min ədəd yeni nəsil nəzarət-kassa aparatı (NKA) quraşdırılıb (iyunda – 3,592 min ədəd NKA). Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Vergi Xidmətindən (DVX) məlumat verilib.
“2022-ci ilin yanvar-iyun aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 10 milyard 636 milyon 507,3 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 55,2% çoxdur”, - məlumatda bildirilir.
Nazirlər Kabineti “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”ni təsdiq edib və proses 4 mərhələdən ibarətdir. Yeni nəsil NKA-lar 2022-ci ilin sonunadək bütün ölkə ərazisində tətbiq olunacaq.**
R.Əhmədov