Azərbaycan 2022-ci ilin yanvar-iyun aylarında ərzaq məhsullarının idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,2% - $1 milyard 56 milyon 946,18 minədək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Ərzaq məhsullarının idxalının strukturunda əsas həcm – 400 min 748,71 ton (azalma 0,2%) buğdanın ($142 milyon 965,82 min), qarğıdalının – 38 min 48,65 ton (artım 2 dəfə) $14 milyon 91,94 min, düyünün – 31 milyon 572,63 tоn (аrtım 7,3%) $26 milyon 606,89 min, çаyın – 7 min 146,03 tоn (аzalma 6,2%) $35 milyon 346,18 min, 222 min 501,61 ton (artım 4%) meyvə-tərəvəz məhsullarının ($132 milyon 321,19 min), 20 min 179,92 ton (artım 10,2%) ətin ($33 milyon 927,18 min), 82 min 324,27 ton (azalma 3,6%) bitki və heyvan mənşəli yağların ($138 milyon 614,52 min) payına düşüb.
Yanvar-iyun aylarında Azərbaycana $61 milyon 187,72 min dəyərində 10 min 777,3 ton kərə yağı (artım 31,8%) idxal edilib.
Hesabat dövründə Azərbaycana bütün idxalın 16,63%-i ərzaq məhsullarının payına düşüb.**
N.Abbasova