Azərbaycanda koronavirus infeksiyasına 257 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 794 min 913-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 68 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9727 nəfərə çatıb.
Virusa yoluxmuş 784 min 90 nəfər (sutka ərzində +58) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 1096 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 658 (ötən gün 1 min 840 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 8 min 73 test aparılıb.**
E.Şəfiyev