Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında Aİ-nin mühüm rolunu qeyd edib.
“Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına alternativ yoxdur. Eyni zamanda, bu, qarşıqlıqlı hörmət və biri-birinin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü tanınmasına əsaslanmalıdır. Aİ postmünaqişə dövründə vacib rol oynayır. Şarl Mişelin iki ölkə arasında münasibətlərin normallaşmasına dair səylərini alqışlayırıq. Cənubi Qafqazın təhlükəsiz inkişafı və rifahı istiqamətində məsələlərin həlli məqsədilə Azərbaycan, Ermənistan və Aİ liderlərinin üç görüşü keçirdiyinə görə Aİ-yə təşəkkür edirik”, - Bayramov çərşənbə axşamı Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclasının yekunlarına dair brifinqdə bildriib.
Onun sözlərinə görə, həmçinin Azərbaycan Aİ-nin postmünaqişə bərpasına töhfə vermək səylərini yüksək qiymətləndiririk. “O cümlədən, bu yaxınlarda 4 milyon avrodan artıq məbləğində yardım paketi də daxil olmaqla, Azərbaycanın azad edilmiş əraziərinin humanitar minatəmizləmə işlərinə yardımına görə Aİ-yə təşəkkür edirik.**
A.Əzizov