Avqustun 3-dən etibarən “Azimut” aviaşirkəti Moskvadan (“Vnukovo”) Gəncəyə (Azərbaycan) və geri istiqamətdə uçuşlara başlayır. Bu barədə “İnterfaks-Azərbaycan” aviaşirkətin mətbuat xidmətinə istinadən məlumat verir.
Reyslər həftənin çərşənbə və bazar günləri yerinə ytiriləcək – “Vnukovo”dan uçuş saat 11:40-da, Gəncəyə eniş saat 16:30-da olacaq. Gəncədən uçuş saat 17:50-də, “Vnukovo”da eniş saat 20:40-da olacaq. Hər aeroport üçün yerli vaxt qeyd edilib.
Xəbər verildiyi kimi, mayın 30-dan “Azimut” aviaşirkəti Həştərxan-Bakı və geri istiqamətində reyslərə başlayıb. **
R.Əhmədov