Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 20-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
İyulun 20-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,7419 manat/1EUR səviyyəsində (iyulun 19-na 1,7229 manat/1EUR) müəyyən edilib.
AMB iyulun 20-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0301 manat/1RUB səviyyəsində (iyulun 19-na 0,0297 manat/1RUB) müəyyən edib.
İyulun 20-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0,0968 manat/1TRY səviyyəsində (iyulun 19-na 0,0973 manat/1TRY) müəyyən edilib.*
N.Abbasova