2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 762 milyon 526,4 min sərnişin daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 37,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 2 milyon 127,8 min nəfər (artım 90,8%), dəniz nəqliyyatı ilə 9,9 min nəfər (artım 57,1%), hava nəqliyyatı ilə 824,7 min nəfər (artım 2,4 dəfə) daşınıb.
Yanvar-iyun aylarında avtomobil nəqliyyatı vasitələri ilə 660 milyon 2222 min sərnişin (artım 21,7%), avtobuslarla 622 milyon 957,2 min sərnişin (artım 25,8%), taksilərlə 37 milyon 264,8 min sərnişin (azalma 21,2%) daşınıb.
Sərnişindaşıma fəaliyyətini 2021-ci il mayın 31-dən bərpa etmiş Bakı Metropolitenində 2022-ci ilin yanvar-iyun aylarında 99 milyon 342 min sərnişinə (artım 8,9 dəfə) xidmət göstərilib.*
B.Rüstəmbəyov