Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Sumqayıtda olub. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
İ.Əliyev əvvəlcə Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal müəssisələrinin açılış və təməlqoyma mərasimlərində iştirak edib.
Sonra prezident Şəhidlər xiyabanında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub, 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.*
E.Şəfiyev