2022-ci ilin I yarısında SOCAR 3 milyon 864,839 min ton neft hasil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətin mətbuat xidmətindən məlumat verilib.
2021-ci ilin I yarısında SOCAR 3 milyon 762,358 min ton neft hasil edib. Beləliklə, şirkət 2022-ci ilin yanvar-iyun aylarında hasilatı 2,7% artırıb.
SOCAR 2022-ci ilin I yarısında 3 milyard 873 milyon 595,516 min kubmetr (2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə artım 0,06% - İF) qaz hasil edib.
2022-ci ilin II rübündə şirkət tərəfindən 1 milyon 940,164 min ton neft və 1 milyard 955 milyon 624,516 min kubmetr qaz hasil edilib. 2021-ci ilin II rübünün göstəricisi ilə müqayisədə neft hasilatı 2,4% azalıb, qaz hasilatı 0,04% artıb.
SOCAR 2021-ci ildə 7 milyon 892,079 min ton neft (artım 6,5%) və 7 milyard 857,594 milyon kubmetr qaz (artım 7%) hasil edib.*
N.Abbasova