İyulun 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçs arasında telefon danışığı olub. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Tərəflər Azərbaycan ilə Latviya arasında ikitərəfli əməkdaşlıq gündəliyinin qarşılıqlı maraq doğuran məsələlərini müzakirə edib, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının aktual məsələləri üzrə fikir mübadiləsi aparıblar.
“Telefon danışığı zamanı nazirlər, həmçinin cari regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər”, - deyə məlumatda bildirilir.*
R.Kərimov