Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 21-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
İyulun 21-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,7377 manat/1EUR səviyyəsində (iyulun 20-nə 1,7419 manat/1EUR) müəyyən edilib.
AMB iyulun 21-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0310 manat/1RUB səviyyəsində (iyulun 20-nə 0,0301 manat/1RUB) müəyyən edib.
İyulun 21-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0,0967 manat/1TRY səviyyəsində (iyulun 20-nə 0,0968 manat/1TRY) müəyyən edilib.**
B.Rüstəmbəyov