Asiya İnkişaf Bankı (AİB) 2022-ci ildə Azərbaycanda inflyasiyanın sürətlənməsini Ukraynada müharibə fonunda tədarükdə fasilələrlə bağlı ərzaq mallarının qiymətlərinin artımı və ticarət tərəfdaşlarında qiymətlərin artımı ilə əlaqələndirir.
“İnterfaks-Azərbaycan” agentliyi məlumat verir ki, AİB-nin iyul ayı üçün «Asian Development Outlook-2022» icmalında qeyd edilir ki, bu amillər mayın sonuna Azərbaycanda orta illik inflyasiyanın 12,6%-dək artımına gətirib.
AİB vurğulayır ki, bütövlükdə qeyd olunan problemlərə görə Qafqaz və Mərkəzi Asiya regionun bütün ölkələrində inflyasiyanın artımı müşahidə edilir. Buna əsasən, AİB bu regionda 2022-ci il üçün inflyasiya üzrə proqnozu 11,3%-dək artırıb (əvvəlki proqnoz – 8,8%), 2023-cü ildə inflyasiyanın 8,1%-dək azalmasını proqnozlaşdırır (əvvəlki proqnoz – 7,1%).
Həmçinin, bank hesab edir ki, regionda ÜDM-in artım templəri öncə qiymətləndirikəndən yüksək olacaq: 2022-ci ildə - 3,8% (əvvəlki proqnoz – 3,6%) və 2023-cü ildə - 4,1% (əvvəlki proqnoz – 4%), çünki region ölkələri Ukraynada müharibənin nəticələrinin öncə nəzərdə tutulandan daha yaxşı öhdəsindən gəlirlər.
“Eyni zamanda, həmin ölkələrdə artım yaxın aylarda qeyri-mmüəyyən geosiyasi vəziyyət fonunda azala bilər”, - AİB qeyd edir.
İcmalda deyilir ki, 2022-ci ilin yanvar-may aylarında Azərbaycanda ÜDM-in artımı 7,2% təşkil edib, bu da qeyri-neft sektorunda yüksək artım templəri ilə şərtlənir. “Azad edilmiş ərazilərin bərpasına investisiyalar tikinti sektorunun 5,2% artımına stimul yaradıb, baxmayaraq ki, ötən 5 il ərzində bu sektorda azalma müşahidə edilib”, - sənəddə vurğulanır. **
A.Əzizov