2021-ci ildə “Azərlotereya” ASC-nin gəlirləri 43 milyon 569,708 min manat təşkil edib, bu da 2020-ci ilin göstəricisindən 2,4 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
Bu barədə cəmiyyətin 2021-ci il ərzində BMHS üzrə maliyyə hesabatında qeyd edilir.
2021-ci ilin yekunları üzrə “Azərlotereya”nın xalis mənfəəti 7 milyon 581,124 min manat təşkil edib (2020-ci ilin göstəricisi ilə müqayisədə artım 72,6% - İF).
2021-ci ildə cəmiyyətin aktivləri 2,9 dəfə - 31 milyon 873,63 min manatadək, öhdəlikləri 5,8 dəfə - 3 milyon 818,688 min manatadək artıb.
Hesabat ilində “Azərlotereya”nın kapitalı 33,1% - 9 milyon 728,736 min manatadək artıb, nizamnamə kapitalı dəyişməyib – 200 min manat qalıb.
2022-ci ilin əvvəlinə bölüşdürülməmiş mənfəəti 9 milyon 528,736 min manat həcmində qiymətləndirilir.
“Azərlotereya” ASC Azərbaycan prezidentinin fərmanı ilə 2001-ci il noyabrın 23-də İqtisadiyyat Nazirliyi tərəfindən təsis edilib. “Azərlotereya” ölkənin lotereya bazarında inhisarçıdır. 27 fevral 2021-ci il tarixində Azərbaycanın İqtisadiyyat Nazirliyi və Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkəti arasında “Azərlotereya” ASC-nin “YMT Sans B.V.” şirkətinə (“Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti) idarəetməyə verilməsi haqqında müqavilə imzalanıb. **
B.Rüstəmbəyov