21-22 iyul tarixlərində Bolqarıstanın baş naziri Kiril Petkov Azərbaycandan qaz alışının artırılması məsələsi ilə bağlı danışıqlar aparmaq məqsədilə Azərbaycana səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” Bolqarıstan mətbuatına istinadən məlumat verir.
“Petkov 21-22 iyul tarixlərində Azərbaycana səfər çərçivəsində prezident İlham Əliyev ilə görüşəcək. Danışıqların əsas mövzusu – enerji sahəsində əməkdaşlıq və qaz nəqlinin mümkün artırılmasıdır”, - məlumatda deyilir.
O cümlədən, Petkov səfər çərçivəsində Azərbaycan-Bolqarıstan Ticarət Palatasının nümayəndələri və Milli Məclisdə Azərbaycan-Bolqarıstan Dpstluq Qrupunun sədri ilə görüşlər keçirəcək.
Hazırda Bolqarıstan Azərbaycandan qaz alan Aİ-nin üç ölkəsindən biridir.
Öncə energetika naziri Pərviz Şahbazov bəyan edib ki, Azərbaycan 2022-ci ildə Bolqarıstana 600 milyon kubmetr qaz ixrac edəcək (2022-ci ilin ilk yarısında 160 milyon kubmetr).
2021-ci ildə Azərbaycandan Bolqarıstana qaz ixracı 280 milyon kubmetr təşkil edib.
Azərbaycan qazının TAP ilə Avropaya – İtaliya, Yunanıstan və Bdanışıqlar olqarıstana nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb. Lakin interkonnektorun olmaması ilə əlaqədar Azərbaycan qazının Bolqarıstana nəql həcmi planlaşdırıldığından bir neçə dəfə az – ildə 1 milyard kubmetrə qarşı 250-300 milyon kubmetr olub.
Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB)2022-ci ilin iyul ayında istifadəyə verilib, bu da Azərbaycandan Bolqarıstana qaz nəqlini artırmağa imkan verir. **
E.Şəfiyev