2003-cü ildən 2022-ci il iyunun 30-dək Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərin ümumi həcmi 128 milyard 138,3 milyon manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
“2021-ci ilin yanvar-iyun aylarında ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi 4 milyard 648 milyon manat təşkil edib”, - Fonddan bildirilir.
ARDNF 2003-cü ildən dövlət büdcəsinə transfertlər həyata keçirməyə başlayıb.
ARDNF Azərbaycan Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.**
N.Abbasova