2022-ci ilin birinci yarısında Hesabalama Palatası tərəfindən 36 nəzarət tədbiri keçirilb.
Hesablama Palatasının məlumatına əsasən, yanvar-iyun aylarında 28 audit yoxlaması, 5 analitik tədbir və 3 monitorinq keçirilib.
Kollegiya qərarlarına əsasən pul, əvəzləşmə və natura ifadəsində cəmi 16,4 milyon manat məbləğində vəsaitin bərpası, 6,5 milyon manat məbləğində müvafiq obyektin investor smeta dəyərinin azaldılması, 6,9 milyon manat məbləğində debitor borcun bağlanılması ilə bağlı tədbirlər müəyyən edilib.
Bundan əlavə, Palatanın məlumatına əsasən, ötən illə ərzində aparılan yoxlamalar əsasında, 2022-ci ilin yanvar-iyun aylarında 2,7 milyon manat vəsaitin bərpası təmin edilib, 943,4 min manat məbləğində debitor borc bağlanılmış və ya ləğv edilmiş, maliyyə hesabatlarında və uçotunda aşkar edilmiş təhriflərlə bağlı aidiyyəti düzəlişlər edilməklə 681,7 milyon manat hesabatlarda əks etdirilib. **
R.Əhmədov