Azərbaycanda koronavirus infeksiyasına 305 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 795 min 495-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 277 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Ölənlərin ümumi sayı 9729 nəfərə çatıb.
Virusa yoluxmuş 784 min 356 nəfər (sutka ərzində +175) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 1 410 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 484 (ötən gün 3 min 523 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 15 min 80 test aparılıb.**
E.Şəfiyev