Prezident İlham Əliyev iyulun 22-də “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının baş naziri Müşahidə Şurasının sədri təyin edilib.
Müşahidə Şurasının üzvləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikasının birinci vitse-prezidentinin iki köməkçisi, iqtisadiyyat naziri, maliyyə naziri, əmək və əhalinin sosial müdafiəsi naziri, Mərkəzi Bankın sədri və Dövlət Neft Fondunun icraçı direktorudur.*
E.Şəfiyev