Prezident İlham Əliyev “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibini təsdiq edib.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Müşahidə Şurasının sədri təyin edilib.
Müşahidə Şurasının üzvləri iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov və Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynovadır.
Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub.*
B.Rüstəmbəyov