Azərbaycan və Koreya Xarici İşlər nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov, Koreya nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Yo Sınq-ben rəhbərlik edib.
“Tərəflər Azərbaycan-Koreya münasibətlərinin gələcək inkişaf imkanları, iqtisadi sahədə əməkdaşlıq, o cümlədən qarşılıqlı ticarət və investisiyaların artırılması, xüsusilə də Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi və həmin ərazilərdə aparılan geniş bərpa-quruculuq işlərində Koreya şirkətlərinin mümkün iştirakına dair fikir mübadiləsi aparıblar”, - deyə məlumatda bildirilir.*