Azərbaycanda koronavirus infeksiyasına 337 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 795 min 832-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 305 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9 min 733 nəfərə çatıb.
Virusa yoluxmuş 784 min 508 nəfər (sutka ərzində +152) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 1591 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 87 (ötən gün 3 min 484 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 18 min 167 test aparılıb.*