İyulun 23-də Zaqatalada 3,1 bal gücündə zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 12:09-da Zaqatala stansiyasından 19 km şimal-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb”, - deyə məlumatda bildirilir.
Zəlzələnin dərinliyi 7 km olub.
Zəlzələ hiss olunmayıb.*
R.Kərimov