Müdafiə Nazirliyi bu gün günorta saatlarında Azərbaycan Ordusunun əsgəri Kamiz İbayevin Ermənistanla sərhəddə itkin düşməsi ilə bağlı məlumat yayıb.
“İyulun 23-də günorta saatlarında Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbayev Kamiz Mübariz oğlu dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində itkin düşüb”, - deyə məlumatda bildirilir.
Hərbi qulluqçunun axtarışı istiqamətində müvafiq tədbirlər görülür, faktla bağlı araşdırma aparılır.*
R.Kərimov