Azərbaycanda koronavirus infeksiyasına 309 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 796 min 141-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 337 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər (ötən gün 4 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 9 min 735 nəfərə çatıb.
Virusa yoluxmuş 784 min 653 nəfər (sutka ərzində +145) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 1753 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 26 (ötən gün 3 min 87 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 21 min 193 test aparılıb.*
R.Kərimov