Azərbaycanda koronavirus infeksiyasına 333 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 796 min 474-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 309 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb (ötən gün 2 nəfər vəfat edib). Ölənlərin ümumi sayı 9 min 735 nəfər təşkil edir.
Virusa yoluxmuş 784 min 840 nəfər (sutka ərzində +187) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 1899 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 945 (ötən gün 3 min 26 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 24 min 138 test aparılıb.*
R.Kərimov